UEFA Azərbaycan klubunun oyununun vaxtını dəyişdi
15.11.2020 , 15:40

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Araz” (Azərbaycan) və AEK (Yunanıstan) arasında keçiriləcək oyunun tarixi dəyişdirilib.
Korner.az xəbər verir ki, sözügedən matç əvvəlki tarixində- 29 noyabrda yox, 28 noyabrda baş tutacaq.
Afinada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 16:30-da start götürəcək.
Bu oyunun qalibi 1/16 final mərhələsinə yüksələcək.
