UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında aparılan səsverməyə əsasən finala Lionel Messi (Argentina, “Barselona”), Kriştiano Ronaldo (Portuqaliya, “Real”) və Luis Suares (Uruqvay, “Barselona”) yüksəlib.
Korner.az-ın məlumatına görə, Avropanın ən yaxşı futbolçusunun adının avqustun 27-i – Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra açıqlanacağı bildirilib.
Digər yerlərin sahibləri bunlardı:
4. Canluici Buffon (İtaliya, “Yuventus”) – 24 səs
5. Neymar (Braziliya, “Barselona”) – 23 səs
6. Eden Hazard (Belçika, “Çelsi”) – 21 səs
7. Andrea Pirlo (İtaliya, “Yuventus”/”Nyu-York Siti”) – 12 səs
8. Arturo Vidal (Çili, “Yuventus”/”Bavariya”) – 11 səs
9. Karlos Teves (Argentina, “Yuventus”/”Boka Xuniors”) – 8 səs
10. Pol Poqba (Fransa, “Yuventus”) – 5 səs
