UEFA Avropada 2014-2015 mövsümünün qolu uğrunda mübarizə aparacaq 10 namizəd qolu açıqlayıb.
Korner.az-ın məlumatına görə, səsvermə UEFA-nın rəsmi saytı aparılır.
UEFA-nın ekspertləri, texniki işçiləri, saytın yazarları, müxbirləri və redaktorları namizəd qolların sayını 10-a endirib.
Futbol azarkeşləri 2014-15 mövsümündə UEFA-nın təşkilatçılığı ilə keçirilmiş yarışlarda vurulmuş ən gözəl qolu müəyyənləşdirmək üçün 25 avqusta qədər səs verə bilərlər.
Səsvermənin nəticələri avqustun 27-də Monakoda UEFA çempionlar liqasının püşkatması zamanı elan ediləcək.
