UEFA Avropa Liqasının pley-off cütlükləri müəyyənləşdi
30.01.2026 , 17:24
UEFA Avropa Liqasının pley-off mərhələsi üzrə püşkatma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında təşkil olunan tədbirdə pley-off cütlükləri müəyyənləşib.
Pley-off mərhələsində aşağıdakı komandalar üz-üzə gələcək:
“Fənərbağça” (Türkiyə) – “Nottinqem” (İngiltərə)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Genk” (Belçika)
“Seltik” (Şotlandiya) – “Ştuttqart” (Almaniya)
“Brann” (Norveç) – “Bolonya” (İtaliya)
“Panatinaikos” (Yunanıstan) – “Viktoriya” (Plzen, Çexiya)
PAOK (Yunanıstan) – “Selta” (İspaniya)
“Lill” (Fransa) – “Srvena Zvezda” (Serbiya)
Qeyd edək ki, pley-off mərhələsinin qarşılaşmaları fevralın 19 və 26-da baş tutacaq və qaliblər mərhələ sonrası qrup mərhələsinə vəsiqə qazanacaq.