Avropa Liqasında 1/8 final cütlükləri məlum oldu
27.02.2026 , 16:45
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü bu gün atılıb.
Korner.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub və bu mərhələnin cütlükləri müəyyənləşib.
“Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya)
“Genk” (Belçika) – “Frayburq” (Almaniya)
“Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya)
“Bolonya” (İtaliya) – “Roma” (İtaliya)
“Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya)
“Selta” (İspaniya) – “Lion” (Fransa)
“Nottinqem Forest” (İngiltərə) – “Midtyullann” (Danimarka)
“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə)
Oyunlar martın 12-si başlayacaq və cavab görüşləri martın 19-da keçiriləcək.