UEFA avrokuboklarla bağlı qərarı açıqladı
17.06.2020 , 18:21

UEFA avrokuboklarla bağlı qərarı açıqlayıb.
Korner.az xəbər verir ki, Çempionlar Liqasında mövsümün qalan hissəsi “8-lər” formatında Lissabonda baş tutacaq.
İyulun 10-da püşkatma mərasimi keçiriləcək. 1/4 finalda komandalar arasında bir oyunun keçirilməsi nəzərdə tutulub. “8-lər” finalı avqustun 12-dən 23-dək reallaşacaq.
1/8 finalın yerdə qalan cavab oyunları avqustun 7-8-də keçiriləcək.
Avropa Liqasının oyunları da eyni formatla keçiriləcək və matçlar Almaniyada təşkil ediləcək.
