UEFA AVRO-2020 ilə bağlı səhvini düzəltdi
21.03.2020 , 16:16

UEFA 2021-ci ilə təxirə salınan Avropa çempionatının hansı adla keçiriləcəyinə hələ qərar verməyib.
Korner.az xəbər verir ki, ötən gün qurum turnirin AVRO-2020 olaraq təşkil ediləcəyini elan etsə də, ardınca daha bir açıqlama yayıb:
“Yol verdiyimiz səhvə görə üzr istəyirik. 2021-ci ildə keçiriləcək Avropa çempionatının hansı adla təşkil ediləcəyi ilə bağlı hələ qərar verilməyib. Koronavirusa görə bütün dünyada futbol liqaları və turnirləri dayanıb. Oyunların nə zaman bərpa olunacağı və ya yarışların tamamlanıb-tamamlanmayacağı bəlli deyil” – deyə, qeyd olunub.
