“Qarabağ” və “Xəzər Lənkəran” klublarının UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində, müvafiq olaraq, “Metalurq” (Makedoniya) və “Slima Uonderers” (Malta) komandaları ilə keçirəcəyi qarşılaşmaların tarixi dəyişdirilib.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, “Metalurq” (Makedoniya) – “Qarabağ” və “Slima Uonderers” (Malta) – “Xəzər Lənkəran” oyunları iyulun 2-də keçiriləcək.
Dəyişikliklə bağlı UEFA-dan AFFA-ya göndərilmiş məktubda qeyd olunub ki, bu qərar UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 – Oyunun tarixinin və vaxtının dəyişdirilməsi – maddəsinə əsasən qəbul olunub.