UEFA klubların bu il də daxil olmaqla son beş mövsümü üçün reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, cari mövsüm üçün hazırlanan siyahıda Azərbaycan klublarından ən yaxşı göstərici “Qarabağ”a məxsusdur.
Klubumuz 237 komanda arasında 43-cü pillədə qərarlaşıb. Digər klublarımızdan “Neftçi” 74-cü, “Xəzər” Lənkəran 119-cu, Bakının “İnter” klubu isə 120-ci yerdə gedir.
Siyahıya hələki Rumıniyanın “Styau” komandası başçılıq edir.
Son beş mövsümə də nəzər salsaq klublarımız arasında ən uğurlu göstərici “Qarabağ”a məxsusdur.
Ümumilikdə ölkəmiz isə UEFA reytinqində son beş ilə əsasən 30-cu, cari mövsüm üçün isə hələlik 19-cu pillədədir.
