UEFA Avropa klublarının növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, son beş ildə avrokuboklarda göstərilən nəticələrə əsasən hazırlanan siyahıda Azərbaycanı 7 klub təmsil edir. Ən yaxşı göstərici hələlik eyni xala malik olan “Neftçi” ilə “Qarabağ”a məxsusdu.
Siyahıya əvvəlki kimi "Barselona" (151.119 xal) başçılıq edir. Kataloniya təmsilçisinin ən yaxın izləyicisi ”Bavariya”dı (133.222). 130.119 xala malik Madrid "Real"ı üçüncüdü.
226. “Neftçi” – 5708
227. “Qarabağ” – 5708
270. “Bakı” – 3958
294. “İnter” – 3458
322. “Xəzər Lənkəran” – 2958
372. AZAL – 1958
374. “Simurq” – 1958