Avro-2012 öncəsi bu turnirdə iştirak edəcək 16 komandanın hazırlıq prosesinin son ayı ərzində bir-biri ilə yoldaşlıq görüşü keçirməsinə qoyulan qadağa götürülüb. Korner.az-ın məlumatına görə, UEFA buna bir şərtlə icazə verib ki, yoldaşlıq görüşü keçirən komandalar eyni qrupda yer almamalıdırlar.
Qeyd edək ki, Avropa çempionatının açılışı iyunun 8-də Polşada, final matçı isə iyulun 1-də Ukraynada olacaq.