UEFA maliyyə yoxlama qurumu aralarında Türkiyənin “Trabzonspor” klubunun da olduğu 6 klubun Avrokubok gəlirinə həbs qoyub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumat görə, digər 5 klub isə belə sıralanıb: “Astra Ploeşti”, “Metallurq” Donetsk, “Hayduk Split”, HSK “Zrinijski” və “Skonto” Riqa.
Onlar maliyyə “fair – play”ni pozduqları üçün bu cəzaya məruz qalıblar.