İtaliyanın “Udineze” klubunun rəhbərliyi Murat Yakını baş məşqçi postundan istefaya göndərib.
Korner.az-ın məlumatına görə, bu qərar A Seriyasının VII turunda “Latsio”ya 0:3 hesablı məğlubiyyətlə bitən oyundan sonra verilib.
Hazırda “zebrlər” 7 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıblar. Komandanı aşağı liqaya eniş zonasından cəmi 1 xal ayırır.
