“Qəbələ”nin
əsas və əvəzedici heyətinin XIX tur çərçivəsində keçirəcəyi oyunların tarixi
dəyişdirilib.
Korner.az-ın məlumatına görə, buna Sumqayıtdakı əlverişsiz hava şəraiti səbəb olub.
“Sumqayıt”ın əsas və əvəzedici komandaları ilə qarşılaşmalar fevralın
2-i baş tutacaq. Əvəzedicilər saat 10:00-da, əsas komandalar isə 14:00-da
üz-üzə gələcəklər.