big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Üçü birində: Voleybol, Putin və şahmatımız – YAZI

24.09.2016 , 13:27

Bir məntiq zəncirinin halqaları

Şahmatdan, daha doğrusu, Azərbaycan şahmatından söz açacağıq. Amma əvvəlcə iki haşiyə.

Birinci. 2015-ci ilin iyulunda Rusiya Prezidenti Vladimir Putin xarici mütəxəssislərin qış və yay idman növləri üzrə milli komandalara cəlb edilməsinə məhdudiyyətlərin tətbiqi haqqında qanunu imzalayıb.

İkinci: Azərbaycan Voleybol Federasiyası 2016/2017-ci il mövsümü üçün Superliqada legioner limitinə dəyişiklik tətbiq edib. Artıq qadınlar arasında keçirilən Azərbaycan çempionatında meydanda 3 deyil, yalnız 2 legioner yer ala bilər. Bununla da 2 il öncə qəbul edilmiş qərar qüvvədən düşmüş hesab edilir.

İlk baxışdan bir-biri ilə, xüsusən də şahmatla heç bir əlaqəsi olmayan iki hadisə. Amma bu, ilk təəssüratdır. Əslində isə bu iki fakt bir çox mətləblərdən xəbər verir. Biz ancaq üzdə olan və bizə gələcək fikirlərimizə keçid almağa xidmət göstərənlərə işarə edəcəyik.

Əvvəla, birinci arqument legioner məsələsinin ölkə idmanı üçün nə dərəcədə əhəmiyyət kəsb etməsinin əyani təzahürüdür. Dünyanın ən böyük və hegemon dövlətinin rəhbəri min bir problem içində vaxt tapıb bu sahəyə diqqət ayırırsa, deməli, fikirlərimiz həqiqətə tam uyğundur. Bu ayrılan diqqətin istəqamətlənmə vektoru isə düşüncələrimizdə bir az da irəliləməyə fürsət yaradır: deməli, ölkə idmanında xarici mütəxəssislərin ifrat dərəcədə artması o həddə çatıb və o qədər mənfi təsir edib ki, hətta Putin məsələyə qarışmalı olub.

Yuxarıda göstərdiyimiz ikinci fakt da birincinin məntiqi davamı hesab edilə bilər. Leginerlərlə bir həddə qədər irəliləmək mümkündür, onların bəxş etdiyi qələbə sevinci qısamüddətli olur. Sonra isə oturub düşünməli olursan: yaxşı, bəs sonra? Bu düşüncənin məhsulu isə artıq qeyd etdiyimiz qərar şəkilində təzahür edir. İndi isə qayıdaq şahmata.

Legionerli və legionersiz şahmatımız

Bakıda keçirilən Şahmat Olimpiadası geridə qaldı. Qaliblər və nəticələr haqqında saytımızda həm xəbərlər, həm də məqalələrdə ətraflı söz açmışıq. Təəssüf ki, bu dəfə də nə kişi, nə də qadın komandalarımız mükafatçılar sırasında yer ala bildilər. Və əgər qadınların zəfər yürüşünə əvvəlcədən bel bağlayan yox idisə, kişilərdən gözləntilər çox idi. Amma hər şey əksinə oldu. Qadınlar 16 xalla 8-ci oldular və medallardan onları cəmi 1 xal ayırdı. Böyük ümidlər bəslənən kişilər isə yalnız 12-ci yerlə kifayətlənməli oldular. Legioner söhbətinə qayıdaraq qeyd edək ki, kişilərin heyətində bir “milliləşdirilmiş” idmançı da var idi: Arkadi Naydiç. Bu gediş özünü doğrultmadı, komandamızın bəlkə də medal qazanmamasının ən böyük baiskarı da məhz legioner oldu. Qadınlardan ibarət kollektivi isə ancaq yerli şahmat məktəbimizin yetirmələri formalaşdırmışdı. Nəticələr barədə isə artıq söz açdıq. Əlbəttə, bütün dünyada və demək olar, bütün idman növlərində legionerlərdən istifadə olunur. Amma bu siyasət düşünülmüş və yüz ölçüb, bir biçilmiş olmalıdır. Yoxsa ki, “kim olur olsun, yalnız xarici ölkənin vətəndaşı olsun” prinsipini rəhbər tutaraq işə başlamaq… Bir də ki, hər idman növü üçün legioner siyasətinin öz paradiqması olmalıdır, özü də hər ölkə üçün fərqli. Azərbaycanda futbolla şahmatda eyni prinsiplərlə hərəkət etmək absurddur! Gəlin daha bir haşiyəyə yer ayıraq, ümumiyyətlə, legionerləşmənin müsbət və mənfilərindən qısaca söz açaq, eyni zamanda bu müsbət və mənfilərin konkret şahmatımızda nə dərəcədə təzahür etməsini dəyərləndirək.

Müsbətlər və mənfilər

Beləliklə, əvvəlcə müsbətlər:

1. Legionerlərin istənilən idman növünə dəvət edilməsi həm də yerli idmançıların və məşqçilərin onların yanında püxtələşməsini və ustalıq səviyyəsini artırmasını nəzərdə tutur. Bu baxımdan da yüksək səviyyəli əcnəbinin konkret idman növünün inkişafına təkan verməsi nəzərdə tutulur. Bəs şahmatımızda bu hal müşahidə edilib və ya edilirmi? Cavab birmənalıdır: yox!

2. Legionerlərin komandada mövcudluğu rəqabət yaradır, əsas heyətə düşmək üçün mübarizə güclənir, istər-istəməz idmançıların öz səviyyələrini artırmağa səy göstərirlər. İnsafən deyək ki, kişi yığmamızda Naydiçin peyda olması yerli şahmatçılarımızı süni də olsa, ikinci plana atdı. Yaranmış vəziyyətdə öz idmançılarımız var qüvvələrini səfərbər edib federasiya rəsmilərinin nə zaman sağlam düşüncəyə qayıdacaqlarını səbirsizliklə gözləyirlər.

3. Yüksək nəticələrin əldə olunması. Bəlli nəticələrə əsaslanaraq deyə bilərik ki, bu baxımdan da şahmatımızın başbilənlərinin legioner siyasəti iflasa uğradı.

İndi isə bir neçə mənfi cəhət:

1. Bəzən əcnəbilərin komandala cəkb edilməsi gözlənilən effekt vermir, onlar ya aşağı nəticələr göstərir və heç bir irəliləyişə nail olunmur, ya da ki, ümumiyyətlə, gününü ehtiyatda keçirir. Naydiç buna bariz nümunədir.

2. Ölkə idmanının inkişafına heç bir töhfə vermir. Bu halı da şahmatımızda müşahidə edə bilərik.

3. Fərdi idman növlərində legionerlərin qələbəsi idmanın funksiyaları sırasında heç də sonuncu yer tutmayan vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi kimi funksiyasını heçə endirir.

4. Yerli idmançılarla müqayisədə legionerlərə ödənilən böyük məbləğlər yerli idmançıların əhval-ruhiyyəsini aşağı salır, onların psixoloji durumuna mənfi təsir göstərir. Şahmatımzda bu bəndin nə dərəcədə təzahür etməsi barədə konkret fikir yürütmək bir qədər çətindir.

5. Legioner üçün ödənilən məbləğə onlarla yerli gəncin karyerasına təkan vermək olardı.

P.S. Yuxarıda qeyd olunanlarda nəticə çıxartmaq üçün kifayət qədər material var. Biz öz öhdəmizə düşəni etdik. İndi növbə nəticə çıxaranlarındı.

Yazı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi layihə  çərçivəsində işıqlandırılır

Son yazılar

To Top