Futbol üzrə üçqat dünya çempionu Pele 2013-cü ilin oktyabrında Gürcüstana səfər edəcək.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu xəbəri Beynəlxalq İdman Mədəniyyət və Turizm fondunun sədri Niko Patarkalişvili verib.
O həmçinin Gürcüstan, Braziliya, Argentina, Uruqvayın U-21 milli komandalarının Gürcüstanda keçiriləcək xeyriyyə turnirində də iştirak edəcək. Turnir 26 oktyabr 2 noyabr aralığında baş tutacaq.
