Milli komandaların DÇ-2014-ün seçmə oyunlarında iştirakı ilə əlaqədar yaranmış fasilədən yararlanan “Rəvan” yoxlama görüşündə qüvvəsini sınayıb.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, “uçan aslanlar”ın rəqibi “Bakı” olub.
“Rəvan” Topaz Premyer Liqasının təsnifat mərhələsinin son turunda da görüşdüyü “zolaqlılara” yenə 1:2 hesabı ilə uduzub.
“Bakı”nın heyətində Pena ilə Rəhman Hacıyev fərqlənib. Oyunda “Rəvan”ın yeganə qoluna isə Miloş Adamoviç imza atıb.
