Üç təmsilçimiz üçün DÇ həyəcanı
09.05.2023 , 12:22

Daşkənddə (Özbəkistan) boks üzrə dünya çempionatı davam edir.
Korner.az xəbər verir ki, mundialın doqquzuncu günündə Azərbaycan millisinin üç təmsilçisi rinqə çıxacaq.
1/8 final
51 kq. Məsud Yusifzadə – Patrik Çinemba (Zambiya)
54 kq. Nicat Hüseynov – Finol Sequndo (Venesuela)
67 kq. Nəbi İsgəndərov – Tarxan İdiqov (Rusiya)
Qeyd edək ki, dünya çempionatında həmçinin Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) çıxışlarını davam etdirirlər. Onların növbəti dueli sabah baş tutacaq.
