Üç komandaya texniki məğlubiyyət
20.10.2022 , 13:58

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda assosiasiyanın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib.
Futzal üzrə Yüksək Liqanın III turunun “Alyans FK” – “Record club” oyununda “Record club” klubunun futbolçusu Mahyar Pourniazi oyunun 35-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Futzal üzrə 1-ci Liqanın I turunun “Baku Fire-2” – “Şamaxı” oyununda “Baku Fire-2” klubunun baş məşqçisi Tahir Məcidov oyunun 15:41-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 oyunda texniki zonaya buraxılmır.
Futzal üzrə 1-ci Liqanın I turunun “Baku Fire-2” – “Şamaxı” oyununda “Şamaxı” klubunun baş məşqçisi Fuad Rzayev oyunun 15:41-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 oyunda texniki zonaya buraxılmır.
Futzal üzrə 1-ci Liqanın I turunun “Dəstə Ordubad” – ADBTİA oyununda “Dəstə Ordubad” klubunun futbolçusu Arif Ağayev oyunun 27:53-cü dəqiqəsində rəqibi aşkar qoldan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Futzal üzrə 2-ci Liqanın I turunun “Dalğa” – “Advokat” oyununda “Dalğa” klubunun futbolçusu İsa İsayev oyunun 19:05-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Futzal üzrə 2-ci Liqanın I turunun “Metropoliten” – “Xan Lənkəran” oyununda “Metropoliten” klubunun futbolçusu Mahir Rəsulov oyunun 14:01-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Futzal üzrə 2-ci Liqanın I turunun “Metropoliten” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran” klubunun futbolçusu Rufin Sarıyev oyunun 20:05-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Yüksək Qızlar Liqasının “Qəbələ FK” – “Neftçi PFK” oyununda “Qəbələ” klubu Əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə “Qəbələ” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir.
Yüksək Qızlar Liqasının “Xırdalan City (Bakı)” – “Marxal (Şəki)” oyununda “Marxal (Şəki)” klubu Əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə “Marxal (Şəki)” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir.
Yüksək Qızlar Liqasının “Gömrükçü FK (Bakı)” – “Mingəçevir” oyunda “Mingəçevir” klubu Əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə “Mingəçevir” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir.
Yüksək Qızlar Liqasının “Gömrükçü FK (Bakı)” – “Mingəçevir” oyununun 27-ci və 37-ci dəqiqələrində “Mingəçevir” klubunun 7 nömrəli futbolçusu Bəsti Rəhimova qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
