Futbol

“Üç əcnəbi məşqçi ilə danışıqları bərpa etmişik” – Elxan Məmmədov

02.06.2020 , 11:07

Yanvar ayından milli komandamızın baş məşqçi vəzifəsinə namizədlərlə tanış olduq. Danışıqlara başladıq, daha sonra isə siyahını İcraiyyə Komitəsinə təqdim etdik. Son mərhələdə 3 məşqçi ilə danışıqlar aparırdıq. Novruz bayramından sonra müqavilə imzalancaqdı”.

Bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

“CBC Sport” “Bizim futbol” verilişində qonaq olan E.Məmmədov bildirib ki, artıq həmin 3 əcnəbi məşqçi ilə danışıqlar bərpa olunub:

“Hər 3 əcnəbi mütəxəssislə danışıqlar müsbət gedirdi. Yekun qərarı AFFA İcraiyyə Komitəsi verəcək, həmin 3 məşqçi arasında seçim edəcəkdi. Lakin gözlənilmədən koronavirus pandemiyası dünyanı, aktiv həyatı “söndürdü”. Biz də məcburən danışıqları dayandırdıq. Bu zaman məşqçi seçimində tələsməməkdə düzgün addım atdığımızı gördük. Çünki məşqçi ilə müqavilə imzalansaydı, o, 3 ay ərzində faktiki fəaliyyət göstərə bilməyəcəkdi, amma əvəzində məvacibini alacaqdı. Hazırda həmin məşqçilərlə yenidən əlaqə saxlamışıq. Artıq 1 həftədi həmin 3 əcnəbi məşqçi ilə danışıqları bərpa etmişik”.

Son yazılar

Yuxarı