U19 futzal millimiz yenə uduzdu
28.03.2019 , 22:08

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib.
AFFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, Hollandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-19 turnirdə son oyununu martın 30-da, saat 21:00-da Sloveniya yığmasına qarşı keçirəcək.
