U19 futzal millimiz mübarizəni dayandırıb
31.03.2019 , 10:45

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib.
AFFA-nın rəsmi saytının verdiyi xəbərə görə, Sloveniya yığması ilə qarşılaşan komandamız 1:9 hesabı ilə məğlub olub. Yığmamızın heyətində İqbal Pənahov fərqlənib.
Qeyd edək ki, digər oyunda Kipr yığması üzərində 4:1 hesablı qələbə qazanan Hollandiya futzalçıları final mərhələsinə vəsiqə qazanıb.
