U-21 yığmamızın toplanışı olacaq
14.03.2019 , 13:00

Martın 16-dan 26-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.
Toplanış zamanı U-21 martın 23-də “Səbail”, 3 gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək. Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək.
Qeyd edək ki, görüşlər saat 15::0-da başlayacaq.
