U-19 millimiz Özbəkistana qarşı
09.10.2025 , 12:42
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq.
Korner.az xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Qeyd edək ki, komandalar arasında ikinci görüş isə oktyabrın 12-də olacaq.