19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalyada təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxacaq.
Vüqar Məmmədin baş məşqçisi olduğu komanda Kosovonun müvafiq yaş qrupundan ibarət yığması qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
24 yanvar
Yoxlama oyunu
19:00. Azərbaycan U-19 – Kosovo U-19
