U-19 millimiz ikinci görüşünə çıxacaq
23.03.2019 , 12:43

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbər görə, komandamız “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, U-19 yığımamız ilk görüşdə Rusiyalı həmyaşıdları ilə 0:0 hesablı bərabərliyə razılaşıb.
