U-19 futzal millimiz məğlubiyyətlə başladı
28.03.2019 , 11:37

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası Kiprlə qarşılaşıb.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyunda rəqib 7:1 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Hüseyn Qarayev fərqlənib. Qrupda keçirilmiş digər oyunda isə Hollandiya futzalçıları Sloveniya yığmasını məğlub edib – 5:4.
Qeyd edək ki, yığmamız qrupda növbəti oyununu martın 28-də, saat 19:30-da Hollandiya komandasına qarşı keçirəcək. Oyunu Damian Jaruchievicz (Polşa), Marko Rothenfluh (İsveçrə) və Yuri Neverov (Rusiya) idarə edəcək.
