U-18 millimiz Avropa çempionatında mübarizəyə başlayır
23.07.2024 , 16:34

23-28 iyul Albaniyanın Elbasan şəhərində 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı “C” divizionun oyunları baş tutacaq.
Korner.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz, Moldova və Ermənistan yığmalarına qarşı mübarizə aparacaq. Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 24 iyul Bakı vaxtı ilə saat 18:00-da Moldova yığmasına qarşı olacaq.
Millimiz qrupda sonuncu oyununu isə 25 iyul saat 18:00-da Ermənistan seçməsinə qarşı keçirəcəkdir.
Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi “youtube” hesabından da canlı yayımlanacaq
