Milli

U-17 yoldaşlıq görüşü keçirəcək

16.08.2021 , 18:41

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə yolddaşlıq görüşləri keçiriləcək.

Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçlar avqustun 17-də və 19-da olacaq.

Bosniya və Herseqovinada təşkil olunacaq oyunlar üçün U-17 millimizə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Qapıçılar: Vaqif Məlik-Yeqanov (“Qarabağ”), Məmməd Muradov (“Qəbələ”)

Müdafiəçilər: Ravil Qafarov, Samir Ağayev, Murad Musayev, Rüfət Bədəlzadə (“Qəbələ”), Musa Məmmədov, Rauf Hüseynli (“Qarabağ”), Rüfət Abbasov, Ömər Qurbanov (“Neftçi”), Arzu Atakişiyev (“Kəpəz”)

Yarımmüdafiəçilər: Şahin Şahniyarov, Eşqin Əhmədov (“Qəbələ”), Murad Ələkbərov (“Zirə”), Maksud Dursunov (“Dinamo”, St.Peterburq, Rusiya), Adəm Topalov (“Səbail”), Murad Məmmədov (“Neftçi”), İbrahim Ağayarov (“Qarabağ”), Nahid Əliyev (“Moskovskaya Zastava” Rusiya)

Hücumçular: Sənan Ağalarov (“Qəbələ”), Sadiq Şəfiyev (“Kəpəz”)

Son yazılar

Yuxarı