Serbiyada təlim–məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, “Voyvodina” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Xaqani Sadıxovun dubl etdiyi oyunda digər qolun müəllifi penalti zərbəsindən dəqiq yararlanan Kamran Quliyev olub.
