Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Korner.az– ın AFFA-nın saytına istinadən məlumatına görə, yığmamız latviyalı həmyaşıdları ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
