17 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb.
Korner.az-ın məlumatına görə, Slovakiyada keçirilən çempionatın qalibi Rusiya millisi olub.
RUsiya MOİK-inin keçmiş futbolçusu Dmitri Xomuxanın rəhbərlik etdiyi rusiyalı yeniyetmələr finalda italiyalı həmyaşıdlarıyla qarşılaşıblar.
Oyunun əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq olan Rusiya U-17-si 5:4 hesabıyla qalib gəliblər.
Qeyd edək ki, ruslar 2006-cı ildə də AÇ-nin qalibi olmuşdular.