17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda keçirilən Avropa çempionatının final mərhələsində qrup mərhələsinin I turunun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün C və D qruplarında oyunlar keçiriləcək.
Günün ilk qarşılaşmaları D qrupunda olacaq. Saat 14:00-da başlayacaq oyunda İtaliya Serbiya ilə qarşılaşacaq. Qrupun digər matçında İspaniya Hollandiya ilə üz-üzə gələcək.
C qrupunda bu gün İngiltərə – İsveç və Fransa – Danimarka oyunları keçiriləcək. Hər iki oyun saat 19:00-da başlayacaq.
6 may
Avropa çempionatı, qrup mərhələsinin I tur
