17 yaşadək futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində qrup oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün C və D qrupunda II turun oyunları keçiriləcək.
Günün ilk qarşılaşmasında Danimarka və İsveç üz-üzə gələcək. C qrupunun digər görüşündə isə Fransa və İngiltərə yığmaları münasibətlərinə aydınlıq gətirəcək.
