Bu gün 17 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında yarımfinal oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, baş tutacaq iki oyundan sonra finalçıların adına aydınlıq gələcək.
Günün ilk matçında Portuqaliya Hollandiya ilə qarşılaşacaq. Finala son vəsiqəni isə Almaniya və Hollandiya komandaları müəyyənləşdirəcək.
18 may
Avropa çempionatı, 1/2 final
15:00. Portuqaliya – Hollandiya
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Köməkçi hakimlər: Balaş Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Qunnar Yarl Consson (İslandiya)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: Ludovik Mikallef (Malta)
“Dalğa Arena”
20:00. Almaniya – İspaniya
Baş hakim: Bartoş Frankovski (Polşa)
Köməkçi hakimlər: Georgi Todorov (Bolqarıstan), Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakim: Ville Nevalaynen (Finlandiya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)
“Dalğa Arena”
