U-16 millimiz Avropa çempionatının yarımfinalında
11.07.2024 , 18:45

Albaniyanın paytaxtı Tirana şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.
Korner.az xəbər verir ki, U-16 millimizin bu dəfəki rəqibi Malta seçməsi olub. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş millimiz, Malta yığması üzərində 56-50 hesablı qələbə qazanıb.
Bu qələbədən sonra yığmamız qrupda ikinci pillənin sahibi olaraq, adını yarımfinala yazdırıb.
Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü İsmayıl Abdullayev (19 xal, 8 ribaund) seçilib. Qeyd edək ki, yarımfinal görüşləri 13 iyul tarixində keçiriləcək.
