U-16 Liqası: 8-ci tur başa çatdı
17.11.2018 , 09:28

Dünən U-16 Liqasında 8-ci turun son oyunu keçirildi. Autsayder «ROİL» «Neftçi» İK İB-ni qonaq etdi. Gözləndiyi kimi oyun qonaqların qələbəsi ilə başa çatdı. «Neftçi» İK İB-nin qələbəni 2 topla qazanması isə bir qədər gözlənilməz oldu.
Qələbə sayəsində Ramin Babayevin komandası 3 pillə irəliləyərək turnir cədvəlində 6-ci yerdə qərarlaşdı. ROİL isə ənənəsinə sadiq qalaraq sonuncu yerdədir.
U-16 Liqası, 8-ci tur
ROİL – «Neftçi» İK İB 0:2
Qollar: Elnur İsmayılov, 2; Anar Zamanov, 64
8-ci turda qeydə alınan digər nəticələri bir daha xatırladaq: «Zirə» – «Səbail» 0:0, «Keşlə» – «Qarabağ» 1:0, «Qəbələ» – «Sabah» 1:0, Gəncə TİM – «Viləş» 1:0, «Neftçi» – İsgəndər Cavadov BFA 8:1, «Sumqayıt» – «Turan Tovuz» 4:1.
Bombardir: Mehrac Baxşəliyev («Qəbələ»), Rauf Ağasənov («Səbail») – 10 qol.
U-16 Liqasında növbəti turun oyunları noyabrın 22-də keçiriləcək. Qeyd edək ki, təqvimə əsasən 9-cu tur noyabrın 29-a təyin olunmuşdu. Bu da U-16 millimizin mümkün təlim-məşq toplanışının olması ilə bağlı idi. Toplanış olmadıbı üçün təqvim 1 həvtə irəli «sürüşdürüldü»: «Turan Tovuz» – «Keşlə», «Səbail» – «Sumqayıt», «Sabah» – «Zirə», «Neftçi» İK İB – «Qəbələ», İsgəndər Cavadov BFA – ROİL, «Viləş» – «Neftçi», «Qarabağ» – Gəncə TİM.
«Het-trik news»
