big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

U-15 və U-17 liqalarında çempionat darmadağınlarla başladı

01.10.2018 , 09:26

U-16 Liqasının ardınca şənbə günü U-15 və U-17 liqalarında da çempionata start verildi. 14 komandanın mübarizə apardığı 15 yaşlıların birinciliyində oyunların hamısında, 17 yaşlıların çempionatında isə 2 qarşılaşmada böyük hesablı nəticə qeydə alınıb.
Təəssüf ki, U-16 Liqasında olduğu kimi bu liqalarda da oyunların protokollarını əldə etməkdə, məşqçi fikirlərini öyrənməkdə, bir sözlə, geniş məlumat toplamaqda çətinliklərlə üzləşdik. Bəzi oyunların protokolları ümumiyyətlə, bizə gəlib çatmadı. Bəzi məşqçilər isə… Deyəsən, məlumat verməkdə maraqlı deyillər. Bu üzdən əlimizdə olan məlumatlarla kifayətlənmək məcburiyyətində qalırıq.
U-15 Liqası
1-ci tur
«Keşlə» – «Xilə» 4:1
Qollar: Cavid Hüseynov, 11, 37; Qurban Səfərov, 65, 70+3.
Çempionatın açılış oyunu «ASK Arena»nın 4-cü meydanında baş tutdu. Ötən mövsüm çempionluğa oynayan və kifayət qədər xoş təsir bağışlayan «Keşlə» «Xilə»ni qəbul etdi. Oyun gözləndiyi kimi meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Lakin «Xilə» də «asan yem» deyildi. Mübarizliyi ilə yadda qalan komanda zaman-zaman «Keşlə»nin qapısına doğru təhlükəli həmlələr edirdi ki, belə hücumların biri qolla nəticələndi.
Hesab artıq, 2-ci dəqiqədə açıla bilərdi. Lakin Kamran Məlikovun cinah ötürməsindən sonra Rəşid Səfixanlı boş qapını dəqiq nişan ala bilmədi. 3 dəqiqə sonra yenə də Kamranın ötürməsindən sonra qapıçı Seymur Muradovla üz-üzə qalan Qurban Səfərov mübarizədən məğlub ayrıldı. 11-ci dəqiqədə isə hesab açıldı. Tural Əmirhüseynovun cərimə zərbəsindən qapı qarşısına göndərdiyi topu Hüseyn Quliyev qapıdan keçirdi. 1-ci hissənin qalan dəqiqələrində hansına yaddaqalan epizod olmadı və komandalar fasiləyə 1:0 hesabını dəyişmədən yollandılar.
Matçın 2-ci yarısı başlayar-başlamaz qonaqlar hesabı bərabərləşdirdilər. Müdafiəçilərin səhvindən istifadə edən Cavid Hüseynov 37-ci dəqiqədə qol vurdu. Bu yerdə xatırlatmaq yerinə düşər ki, U-15 Liqasında oyunlar 70 dəqiqə nəzərdə tutulub. Bundan sonra böyük qüvvə ilə irəli atılan «Keşlə» 7 dəqiqə sonra Hüseyn Quliyevin ifasında cərimə zərbəsi ilə vacib qol vurdu. Bu, Hüseynin yaddaqalan son epizodu olmadı. O, 55-ci dəqiqədə qeyri-idman hərəkətinə görə hakim tərəfindən «sarı», 10 dəqiqə sonra isə eyni hərəkətə görə «qırmızı» ilə cəzalandırıldı. 10 nəfərlə qalmalarına baxmayaraq, Nurəddin Məmmədovun yetirmələri matçın sonlarına doğru daha 2 qol vurdular. 66-cı dəqiqədə Qurban Səfərov künc zərbəsindən sonra fərqləndi. Matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Murad Dadaşovdan ötürmə alan Qurban yekun nəticəni müəyyənləşdirən qolu vurdu – 4:1
«Sumqayıt» – «Qəbələ» 6:0
Qollar: Sərxan Mirzəzadə, 16, 31; İxtiyar Məmiyev, 20, 34; Ağasi Babayev, 47; Eşqin Əhmədov, 50.
Sumqayıtda qonaq olan «Qəbələ» özünü heç də qonaq kimi aparmadı. Oyunboyu tam üstünlüyə yiyələnən Ülfət Mədətovun yetirmələri meydan sahiblərini 6 dəfə məyus etdilər. «Qəbələ»dən Sərxan Mirzəzadə və İxtiyar Məmiyev hərəyə 2 dəfə fərqlənməklə dubl etdilər. Digər 2 qol Ağasi Babayev və Eşqin Əhmədovun adına yazıldı.
«Qarabağ» – İsgəndər Cavadov BFA 4:1
Qollar: Nicat İsmayılov, 4; Nəriman Axundzadə, 10, 43; Elvin Abışov, 50 – Murad Zeynallı, 33 – Murad Zeynallı, 33
Meydan sahiblərinin dominantlıq etdiyi qarşılaşmada erkən qol qeydə alındı.  Rəqibdən topu «oğurlayan» Nicat İsmayılov uzaq məsafədən Əli Allahverdiyevin qoruduğu qapının küncünü dəqiq nişan aldı. 6 dəqiqə sonra Elvin Abışovdan «divar» ötürməsi alan Nəriman Axundzadə Əli ilə mübarizədən qalib ayrıldı. Qonaqlar fasilə ərəfəsində Murad Zeynallı ilə hesab arasındakı fərqi azaltsalar da, bundan artığına gücləri çatmadı.
2-ci hissədə Xəyal Həsənovun komandası qonaqları daha 2 dəfə mərkəzdən başlamağa məcbur etdilər. 43-cü dəqiqədə əks-hücumda rəqibi yaxalayan «Qarabağ» Süleyman Süleymanovdan əla ötürmə alan Nəriman Axundzadə ilə 3-cü qolunu vurdu. Matçın yekun nəticəsini müəyyənləşdirən qol 50-ci dəqiqədə gerçəkləşdi. Bu dəfə Nəriman Eşqinin fərqlənməsinə şərait yaratdı. Oyunun qalan 10 dəqiqəsində «Qarabağ»ın qol vurmaq imkanları oldu, lakin hesab dəyişmədi. Yaddaqalan yeganə məqam İsgəndər Cavadov BFA-nın futbolçusu Məhəmməd İbrahiminin qırmızı vərəqə alması oldu.
Oyundan sonra komandaların məşqçilərinin fikirlərini öürənməklə yanaşı rəqib düşərgədə bəyəndikləri futbolçuların adlarını da çəkmələrini istədik. «Qarabağ»ın məşqçisi Elnur Əliyevin fikrincə, Murad Zeynallı qonaqların heyətində ən yaxşı idi. İsgəndər Cavadov BFA-dan isə Qəhrəman Əliyev «Qarabağ»ın «10 nömrə»si Nəriman Həsənzadəni daha çox bəyəndiyini söylədi.
«Mil-Muğan» – «Zirə» 0:3
Qollar: Sənan Xəlilli, 12, 70; Cavidan Hilalzadə, 34.
Oyunun protokolunu əldə etmək yenə də müşkülə çevrildi. Hər halda oyunla bağlı qonaqların baş məşqçisi Niyazi Rzayevdən müəyyən məlumatlar ala bildik.
İmişli şəhər stadionunun bərbad meydanında keçirilən qarşılaşmada «Zirə» böyük hesabla qələbə qazandı. Hesab 12-ci dəqiqədə açıldı. Rza Əliyevin ara ötürməsindən sonra qapıçı Saleh Məmmədli ilə təkbətək çıxan Sənan Xəlilli fərqləndi. 1-ci hissənin başa çatmasına 1 dəqiqə qalmış Cavidan Hilalzadə rəqibə pressinq tətbiq edərək topu «oğurladı» və komandasının 2-ci qolunu vurdu.
Fasilədən sonra 57-ci dəqiqədə meydan sahibləri azlıqda qaldılar. Saleh Məmmədli onunla üz-üzə qalan Cavidanı yıxdı və hakim son ümid foluna görə «Mil-Muğan»ın qapıçısını  meydandan qovdu. Rəqibi azlıqda yaxalayan «Zirə» bir daha oyunun sonuncu dəqiqəsində fərqləndi. İlk qolun müəllifi Sənan Xəlilli rəqiblə mübarizədə topu ələ keçirərək qol vurdu.
«Sabah» – «Neftçi» İK İB 5:0
Qollar: Firəddin Abdullayev, 13, 70+3; Şahmar Aşurov, 31; Qəşəm Məmmədov, 42; Turqut Mustafazadə, 51.
Oyun bütünlüklə «Sabah»ın üstünlüyü şəraitində keçdi. Doğrudur, «Neftçi» İK İB birinci hissədə müəyyən qədər rəqibinə müqavimət göstərə bildi. Hətta 2 halda onlar qola çox yaxın olsalar da, top qapı çatından qayıtdı. Buna baxmayaraq, Namiq Allahverdiyevin komandası rəqibi 5 dəfə cəzalandıra bildi.
«Səbail» – «Zaqatala» 10:0
Qollar: Xəyal Əliyev, 11, 48; Nicat Quliyev, 22, 25, 46, 52; Raul Məmmədov, 23, 33, 45, Əli Abbasov, 58.
Əsasən ötən il U-14 Liqasında çempion olan «Mançester Yunayted»in futbolçularından formalaşdırılan «Səbail» bölgə təmsilçisini çətinlik çəkmədən məğlub edə bildi. Səbuhi Həsənovun yetirmələrindən Nicat Quliyev «poker», Raul Məmmədov isə «het-trik» etdi. Əminliklə «Səbail»in bu il çempionluğa əsas namizəd 2-3 komandadan biri olduğunu söyləyə bilərik. Qonaqlara gəlincə, təzə formalaşmış və son anda birinciliyə qatılması dəqiqləşən «Zaqatala»da görüləsi işlər çoxdur. Maraq üçün qeyd edək ki, ötən il 15 yaşlıların birinciliyində də Zaqatala təmsilçisi var idi. Ceyhun Zurabovun rəhbərliyi altında çıxış edən həmin komanda birinciliyi sonuncu pilədə başa vursa da, zaman-zaman rəqiblərə çətin anlar yaşada bilmişdi. Təəssüf ki, bu il U-16 liqasında oynamalı olan həmin komanda artıq, yoxdur. Bu fakt və cari mövsümdə zaqatalalı 15 yaşlıların ilk oyunda böyük hesabla məğlub olmaları rayonda uşaq futbolunun vəziyyətinin hansı səviyyədə olduğunu göstərir. Bu mənada komandanın çalışdırıcısı İslam Şabanovu başa düşmək olar. Gənc çalışdırıcının minimum imkanlar daxilində görməli işləri çoxdur. Bacaracaqmı? Bunu zaman göstərəcək.
«Neftçi» – Gəncə TİM 5:0
Qollar: Fariz Xeyrullayev, Nurlan Musayev, Bahadur Quliyev (2), Sərxan Məmmədov.
Təəssüf ki, bu oyunun protokolunu və qarşılaşma haqqında geniş məlumat ala bilmədik. Yalnız qol müəlliflərinin adlarını öyrənməkdən başqa.
U-17 Liqası
1-ci tur
«Sabah» – «Qəbələ» 5:0
Qollar: Elvin Əliyev, 15 (pen.); Əli Babayev, 21; Kamran Qürbətov, 48; Balamirzə Soltanov, 62; Vüsal Qəmbərov, 78.
«Tufan» – «Qarabağ» 2:6
Qollar: Əli Abdullayev, 3; Rəvan Hüseynzadə, 50 (pen.); – Fərid Xasıyev, 19, 27, 30; Cahid Vəliyev, 23 (pen.); Mahmud Məmmədov, 59; Nurlan Bayramov, 80.
«Neftçi» İK İB – «Mil-Muğan» 3:0
Qollar: Mirvahid Mustafazadə, 41; Vaqif Ağadadaşov, 45+2(pen.); İlkin Əliyev, 86.
«Xəzər Lənkəran» – «Səbail» 3:1
Qollar: Əli Tağızadə, 34; Muxtar Nəzərli, 72; Azad Həşimli, 79
Qonaqların 14-cü dəqiqədə vurduğu qolun müəllifinin adını dəqiqləşdirə bilmədik.
«Neftçi» – «Zirə» 4:0
Qollar: Emil Quluzadə, 31 (pen.); Valeh Qəhrəmanlı, 37; Zərrər Məmmədov, 90; Malik Nadirov, 90+3
«Keşlə» – «Sumqayıt» 1:1
Qollar: Məhəmməd Məmişov, 33 – Cəlal Cəbrayılov, 67.
U-15 və U-17 liqalarında 2-ci turun təqvimi hələ məlum deyil. Növbəti turun oyunları haqqında təqvim bilinəndən sonra məlumat verəcəyik.
«Het-trik news»

Son yazılar

To Top