U-15 UEFA İnkişaf turnirində iştirak edəcək
15.08.2023 , 12:38

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 20-dən 28-dək Estoniyanın paytaxtı Tallində təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Korner.az xəbər verir ki, millimiz turnirdə üç oyun keçirəcək.
U-15 avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd olunan turnirə hazırlıq məqsədilə millimiz avqustun 16-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunan futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
1. Tunar Mehdiyev – Sumqayıt
2. Rauf Əyyubov – Sabah
3. İmran Lətifov – EFA
4. Uğur Qurbanlı – Qarabağ
5. Toğrul Mehdizadə – Sabah
6. Səttar Tahirzadə – Neftçi
7. Rəşad Gülüşov – Leon
8. Kəmal Mustafazadə – Leon
9. Murad Əliyev – Kəpəz
10. Amil Abuşov – Sumqayıt
11. Nihad Şirinzadə – Sabah
12. Emil Məmmədov – Sabah
13. Allahverdi Şirinov – Qəbələ
14. Renat Muştakov – Sabah
15. Əli Bəşirov – Qarabağ
16. Məhəmməd Çodarov – Sabah
17. Nicat Kərimov – Sabah
18. Hüseyn Bayramov – Qarabağ
19. Samir Şərifov – Sabah
20. Pünhan Kərimov – Sumqayıt
21. Murad İbrahimli – Qarabağ
22. Polad Hüseynov – Qarabağ
23. Onur Əliyev – Qarabağ
