Fransalı sabiq futbolçu Tyeri Anri həmyerlisi Enqolo Kante haqqında maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, bu haqda “The Sun” xəbər yayıb.
Ulduz futbolçu "Çelsi"li oyunçunu tərifləyib: “Mövsümün sonunda ilin oyunçusu seçilməmək üçün heç bir səbəb yoxdu. Zlatan İbrahimoviç, Aleksis Sançes və Romelu Lukaku da çox yaxşı oynayır. Ama mənim favoritim Kantedir”.
Sadio Mane və Kevin de Bruynenin də namizədlər arasında olduğunu bildirən Anri: “Kante çox fərqli futbolçudu. Digər futbolçular kimi çoxlu qol və ya məhsuldar ötürmə ilə yadda qalmasa da, komandanın yaxşı çıxış etməsində böyük rol oynayır. Əgər belə oynamağa davam etsə, mükafatı mütləq qazanmalıdı”.
