"Oyunun bu cür keçəcəyini ehtimal edirdik. "Qarabağ"ın qol epizodları var idi. Ancaq biz yaxşı müdafiə olunduq"
Korner.az-ın məlumatına görə, bu sözləri "Tvente" klubunun baş məşqçisi Alfred Şröder deyib.
Təcrübəli mütəxəssis sözlərinə belə davam edib:
"Zalsburq"la oyunu izlemişdik, bilirdik ki, "Qarabağ" qol epizodları yaradan komandadı. "Qarabağ" nə cür oyun təklif etdisə, biz də o oyunu oynadıq. Stadionun veziyyetinin pis olması həm bizə, həm də rəqibin oyununa təsir etdi. 4 il bundan əvvəlki "Qarabağ"la bugünkü "Qarabağ" arasında fərq böyükdü. Hazırki "Qarabağ" daha təcrübəli ve büdcəsi böyümüş komandadı. 0:0 bizim üçün yaxşı, ancaq təhlükəli hesabdı"
