"Bizim Mahir şükürovu transfer edəcəyimiz barədə yazılan xəbərlər sadəcə uydurmadı". Bu sözləri Korner.az-a açıqlamasıda "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. O, gəzən söz-söhbətlərə belə nöqtə qoyub:
"Yunis müəllimin bizə təqdim etdiyi transfer siyahısında Mahir Şükürovun adı yoxdu. Biz də Yunis müəllim hansı futbolçunu dedisə o zaman o oyunçu ilə danışıqlara başlayırıq. Mahir Şükürov xəbərinin yalan olduğunu əvvəlcədən də ictimaiyyətə bildirmişdik".