Bugün AFFA-nın Hesabat-Seçki Konfransı çərçivəsində “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov və UEFA-nın baş katibi Teodor Teodoris arasında təkbətək görüş keçirildi.
Korner.az-ın məlumatına görə, görüş zamanı qitə futbol qurumunun rəsmisinə “Xəzər Lənkəran” haqqında ətraflı məlumat verilib, klubun tarixi, infrastrukturu, fəaliyyəti, eləcə də akademiyanın nailiyyətləri barədə ətraflı məlumat verilib.
Cənab Teodoris Azərbaycana növbəti səfəri çərçivəsində Lənkərana gələcəyini bildirdi.