"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov "Neftçi"dəki həmkarı Tahir Süleymanovun ittihamlarına cavab verib.
Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" rəsmisi bu fikirləri səsləndirib:
"Bizə "Neftçi" klubundan müraciət daxil olmuşdu ki, oynayacağınız forma, qarşılaşmanın məşqlərini keçirmək istədiyiniz yer barədə müraciəti noyabrın 1-nə qədər bizə bildirin. Biz də ayın 1-dək vaxtımız olduğu üçün bu işdə tələsmədik".
Qeyd edək Tahir Süleymanov mətbuata açıqlamasında qonaq komandanın bunu oyundan 3 gün qabaq bildirməli olduğunu söyləmişdi.