AFFA-nın Klublar Komitəsinin rəhbərliyində dəyişiklik olub.
Korner.az-ın apasport.az-a istinadən məlumatına görə, qurumun sədri Tuyqun Nadirov postundan istefa verib.
Komitəyə yarandığı gündən rəhbərlik edən “Xəzər Lənkəran”ın vitse-prezidenti qərarını bu gün baş tutan yığıncaqda açıqlayıb. Ötən ilin dekabrından fəaliyyətə başlayan komitədə 1 il çalışan Nadirov addımını bundan sonra diqqətini “ağ-yaşıllar”a yönəltmək istəyi ilə əlaqələndirib.
Qeyd edək ki, komitənin yeni sədrinin adı hələ dəqiqləşməyib.
