“Mənim – “Xəzər Lənkəran”ın vitse-prezidentinin guya bir başqa klubun vitse-prezidentinə zəng edib futbolpress.az-ın reklamını kəsin” deməyim haqda ortaya atılan iddialar absurddu. Heç vaxt mənim tərəfimdən “Neftçi”yə və ya başqa kluba belə bir zəng edilməyib”.
Bu sözləri Korner.az-a açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov futbolpress.az-ın baş redaktoru Elçin Cəlilovun yaydığı bəyanata münasibət bildirərkən deyib.
Nadirov son günlər “Neftçi” rəhbərliyinin üzləşdirmə məqsədilə ona zəng etməsiylə bağlı iddianı da təkzib edib: “Mənə heç kim zəng etməyib. Ümumiyyətlə, futbolpress.az bu cür iddiaları 2 il bundan əvvəl də yazırdı, indi də yazır. Görünür, mənim qara piarımla məşğul olmaq Elçin Cəlilovun xoşuna gəlir”.
