"Ağ-yaşıllar"ın vitse-prezidenti Ruslan Abışovla bağlı məsələyə aydınlıq gətirdi
"Nə Ruslanın nə də, "Rubin"in bu transfer söhbətlərindən xəbəri yoxdu. Bu söhbətləri kimsə dövriyyəyə buraxıb".
Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Klub rəsmisi daha sonra sözlərinə belə davam edib:
"Ruslan Abışov bizim futbolçudur. Təbii ki, biz futbolçumuzun xaricdə oynamasında maraqlıyıq. Ancaq bu şəkildə söz-söhbət yaymaq doğru deyil".
