"Bizim haqlı olduğumuzu hər kəs gördü". Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. Klub rəsmisi FİFA-nın cənubluların aktivindən 6 xal silinməsinin ardında verdikləri şikayətin həll olunacaqlarına əvvəlcədəninandıqlarını bildirib:
"Biz öncədən də inanırdıq ki, silinən xallarımız bərpa olunsun. Çünki biz bu məsələdə haqlı tərəf idik. Bununlada "Xəzər Lənkəran" bir ilkə imza ataraq ikinci dəfə FİFA-nın çıxardığı qərarın ləğvinə nail oldu. Burada bütün "Xəzər Lənkəran" sevənlərin əməyi var".