big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Tuyqun Nadirov: “Bəzi adamlar azarkeşlərimizi kluba qarşı çıxarırlar” (MÜSAHİBƏ)

05.10.2012 , 11:56

“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun Korner.az-a müsahibəsi

– Komanda yalnız AZAL üzərindəki qələbədən sonra sonuncu pillədən qurtula bildi. Ümumiyyətlə, sonuncu pillə və “Xəzər Lənkəran”…
– Və sübut etdi ki, 12-ci pillə sadəcə təsadüf idi.

– 1 qələbəylə sübut etdi ki, “qara zolaq”dan çıxdı?
– Həmin oyun həm də sübut elədi ki, klub rəhbərliyinin bazar günü keçirdiyi iclasda qəbul edilmiş qərarları düzgün qərarlardı. Biz həmin qərarlardan mətbuata sadəcə məşqçilər korpusu ilə bağlı hissəni açıqlamışdıq. Futbolçularla bağlı hissəni isə açıqlamamışdıq. Çünki klubun siyasətinə uyğun gəlmir. Ona görə ki, bir klubun futbolçusu cəzalandırılırsa, danlanırsa, bunu açıqlamaq doğru deyil. Bunlar sırf “ailəiçi” məsələlərdi. Bəzi futbolçular var idi ki, özlərini itirmişdilər, intizamı itirmişdilər, belə deyək, yollarını azmışdılar, onlarla bağlı iş aparıldı və nəticəsi ortadadı.

– “Xəzər Lənkəran” ardıcıl məğlubiyyətlər alanda baş məşqçiniz Yunis Hüseynov istefa verdiyini demişdi. Ancaq klub istefasını qəbul etmədi. Nədi inadla Hüseynovun üzərində dayanmağınızın səbəbi?
– Buna inadkarlıq deməzdim. Gəl belə danışaq. Mətbuat nümayəndəsi kimi mən sənə sual vermək istəyirəm.

– Buyurun.
– “Turan”la oyundakı məğlubiyyətin səbəbləri nə idi? Bir neçə variant deyəcəm və ən çox günahı olandan ən az günahı olanadək sırayla düz: rəhbərlik, komandadakı intizamsızlıq, baş məşqçi, hakimlik, digər səbəblər?

– Təbii ki, ilk sıralarda komandadakı intizamsızlıq və hakimliyi görürəm.
– Rəhbərliyi bu səbəblər arasında neçənci yerdə görürsən?

– Yəqin ki, sonuncu yerlərdə.
– Ay sağ ol. Deyə bilərsənmi, “Xəzər Lənkəran” “Turan”a transferləri zəif olduğu üçün uduzdu?

– Əslində, bu tip sualım olacaqdı. Məsələn…
(sualı yarımçıq kəsir) – Yox, bu gün “Xəzər Lənkəran” 7-8 nəfərlə də qalsa, “Turan”a uduzası komanda deyil axı. Tovuzdakı məğlubiyyətin səbəbi o deyil ki, heyət zəifdi, yaxud baş məşqçi bacarıqsızdı. Həmin heyət, həmin baş məşqçi avrokuboklarda mərhələ adlamışdı axı. Mən “Turan”ı kiçiltmirəm, sadəcə avrokubokda məğlub etdiyimiz komandadan güclü olmadığı fikrini çatdırmaq üçün bu cür parallel aparıram. Konkret səbəbləri var uduzmağımızın. Mən klub rəhbərliyində təmsil olunan şəxs kimi deyirəm ki, bu səbəb komandanın daxilindəki intizamsızlıqla bağlıdı, məşqçilər korpusunun bəzi futbolçuların qarşısını ala bilmək iqtidarında olmamasıyla bağlıdı. O futbolçuların qabağı alınmalıydı. Baş məşqçinin klubdan gedib-getməməsinə özü yox, klubun rəhbəri qərar verəcək. Bu cür çətin durumda yanlışlıq olardı ki, baş məşqçini istefaya göndərək. Əgər tutaq ki, əlin bir barmağında yara varsa, o barmağı dibindən kəsməyə nə ehtiyac var? Bəlkə onu müalicə etmək daha doğrudu? Axır vaxtlar mətbuatı izləyirəm, yazırsız ki, filankəs gəlməlidi, belə olmalıdı, elə olmalıdı… Bir az dərindən analiz aparmaq lazımdı. Bu gün komandanın bir məqsədi var: azarkeşini sevindirmək. Yunis Hüseynov çox intizamlı insandı, baş məşqçidi. Amma durub gecə 1də, 2-də gedib futbolçuların arxasınca düşməli deyil ki, görüm nə işlə məşğul olurlar. Bu adam oyuna hazırlaşmaq üçün yazır, pozur, disklərə baxır, analizlər aparır. Futbolçuya nəzarəti məşqçilər etməlidilər. Azərbaycanda fiziki hazırlıq üzrə neçə məşqçi tanıyırsan? Gəray Qarayevi qoyuram bir kənara.

– 2-3 nəfər.
– Bu 2-3 nəfərin xaricində kim var? Heç kim! İndi biz gedib xaricdən fiziki hazırlıq üzrə məşqçi gətiririksə, bunu niyə anormal hal kimi görməlidilər? Yaxud xaricdən seleksiyaçı dəvət ediriksə, kim iddia edə bilər ki, düzgün addım atmırıq? Özü də elə insan gətiririk ki, “transfer pəncərəsi” açılandan-açılana yox, il boyu işləsin – nəyi pisdi bunun? Demirəm ki, məşqçilər korpusundan tam narazıyıq, yox, sadəcə olaraq daha yaxşısına nail olmaq istəyirik. Zaur “Xəzər Lənkəran”ın tarixində iz qoymuş adamdı. Alimə də hörmətimiz var, Zakir müəllimə də. Allah yollarını açıq eləsin. “Xəzər Lənkəran” peşəkar klubdu. Çox vaxt bəziləri yanlışlığa yol verirlər. İstəyirəm, onlar da qulaqlarını açıb yaxşı-yaxşı eşitsinlər ki, “Xəzər Lənkəran” yaranan gündən strategiyası olan klubdu. Bu klubun öz siyasəti olub. AZAL üzərindəki qələbə bir daha göstərdi ki, “Xəzər Lənkəran”ın özünün layiqli yetirmələri var. Oyuna baxmısızsa, özünüz də gördüz ki, Orxan Sadıqlı necə yüksək səviyyədə oynadı. Deyirlər ki, “Xəzər Lənkəran”ın məqsədi bəlli deyil. Kökündən yanlışdı. “Xəzər Lənkəran”ın bütün məqsədləri bəllidi, ortadadı. Mətbuatla bağlı məqsədimiz də bəllidi. “Xəzər Lənkəran” nəinki Azərbaycan futbolunun, həm də Azərbaycan mətbuatının inkişafında iştirak edən klubdu. Yəni söhbət təkcə yaxşı futbolçu alıb gətirməkdən, yer tutmaqdan yox, həm də ümumi işlərdən gedir.
Biz qərarı “Turan”la oyundan sonra verdik. Amma bir oyuna görə verilmiş qərar deyildi bu. Gərək “Simurq”la oyundan sonra ölçü götürəydik. Söhbət futbolçular barəsində ölçü götürməkdən gedir. Bəlkə də bunu “Simurq”la oyundan sonra etsəydik, “Turan”a uduzmayacaqdıq. Dəfələrlə olub ki, hakim komandamızı “yıxıb-sürüyüb” oyunda, amma komanda bir olub və qələbə qazanıb. “Turan”la oyunda da 8 nəfərlə qalsaydıq belə, komanda sözü bir yerə qoyub qələbə qazanmalıydı. AZAL kimi bu mövsümün ən yaxşılarından olan bir klubu öz meydanında məğlub etməklə sübut etdik ki, “Xəzər Lənkəran” rəhbərliyi səhv qərar verməyib, düzgün istiqamət tutub.

– Mənim nəzərimdə, baş məşqçi öz yerində, məşqçilər də komandada “avtoritet” olmalıdılar, futbolçular onları saymalıdılar. Amma istər Zaur, istərsə də Alim dünən-srağagün futbolu bitirmiş adamlardı və futbolçu kimi heç vaxt “avtoritet” olmayıblar.
– Azərbaycanda futbolu bitirən kimi məşqçiliyə başlayan və uğur qazananlar az deyil axı. İş futbolu yeni bitirməkdə deyil. Ümumiyyətlə, mən məşqçilər korpusu ilə bağlı məsələ üzərində çox dayanmaq istəmirəm. Hər dövrün öz tələbi var.
Biz klub rəhbərliyi olaraq heç vaxt baş məşqçinin işinə müdaxilə etməmişik. Nə məşqçi, nə heyət müəyyənləşdirməkdə, nə də transferlərdə, nə də digər məsələlərdə – heç birinə qarışmamışıq. Və bəlkə də bu keyfiyyətimizlə Azərbaycanda yeganə klubdu “Xəzər Lənkəran”. Hər kəs öz işiylə məşğuldu. Amma bu, o demək deyil ki, komanda uduzanda bütün məsuliyyət baş məşqçinin üzərinə qoyulur. Şəxsən mən, komandanın 12-ci yerdə qərarlaşmasına görə məsuliyyətimi anlayırdım, ilk növbədə özümü günahkar sayırdım. Və bu gün azarkeşlərimizdən üzr istəyirəm ki, komandanın 12-ci pilləyə düşməsinin qarşısını ala bilməmişdim. “Xəzər Lənkəran” heç təsadüfi də olsa, sonuncu yerə düşməməlidi.

– Yəqin ki, xəbəriniz var, son vaxtlar sosial şəbəkələrdə “Xəzər Lənkəran”lı azarkeşlər tərəfindən komandanın boykot olunması kampaniyası başladılıb. Klub rəhbərliyinin buna münasibəti necədi?
– “Xəzər Lənkəran”ın nəinki Azərbaycanda, Rusiyada, Türkiyədə, Misirdə və sair ölkələrdə sadiq azarkeşləri var. Bu kluba sidq-ürəkdən sadiq olan azarkeşlər həmişə onun arxasındadılar. Bunun sübutu “Xəzər Lənkəran”ın ünvanına gələn məktublardı. Gün ərzində 50-100 məktub alırıq azarkeşlərimizdən. Ordakı “biz sizing arxanızdayıq”, “heç kimə fikir verməyin”, “bilirik ki, komanda müvəqqəti düşüb “qara zolağa” və sair bu kimi fikirlər bizi daha da ruhlandırır.
Bəzi adamlar var ki, müəyyən ajiotaj yaradır, azarkeşləri klubla üz-üzə qoymağa çalışırlar. Vəzifə naminəmi, başqa hansısa məqsədlə – bilmirəm. “Turan”a məğlubiyyətdən sonra başladılar ki, rəhbərlik istefa verməlidi. Bir misal çəkim. Bu yaxınlarda “Real” (Madrid) sonuncu yerlərdə gedən komandaya uduzdu və 11-ci yerə düşdü. Məgər azarkeşlər rəhbərliyi istefaya çağırdılar?

– Amma ortada “Fənərbağça” nümunəsi də var. Orda da azarkeşlər klub rəhbərliyinin istefasını tələb edirlər.
– “Fənərtbağça”da vəziyyət başqadı. Orda sırf bir futbolçuya görə vəziyyət qarışıb. Amma bizdə elə vəziyyət yoxdu ki, hansısa futbolçunu komandadan uzaqlaşdıraq və azarkeşlərimiz desinlər ki, buna görə sizdən üz döndəridik. İndi Kamranı missal çəkəcəksizsə, onun məsələsində, mən belə bilirəm ki, azarkeşlər klubun prinsipiallığının tərəfində durdular. “Xəzər Lənkəran”da futbolçularla baş məşqçi arasında heç bir problem yoxdu.

– Amma yeri gəlmişkən, komandada – futbolçular arasında müəyyən qruplaşmaların olduğu iddia edilir.
– Bunların hamısı azarkeşlərlə klub arasına nifaq salmaq istəyənlərin uydurmalarıdı. Biz komandanın sadiq azarkeşlərinə güvənirik. Necə ki ötən il 6 xalımız ədalətsiz şəkildə silinəndə biz onların dəstəyini, bizə inamını hiss etmişdik, bu gün də hiss edirik. 2004-2005-ci illərdə də azarkeşləri şəxsən mənim üstümə qaldıran adamlar var idi. Deyirdilər ki, Tuyqun Nadirov istefaya getməlidi. Niyə? Komandanın ev oyunlarına girişi pullu edib, imkanlı klubdu, gərək bilet pulsuz ola. Ancaq biz nə etdik? Azarkeşlərə bilet almaq mədəniyyətini aşıladıq. 2 manat verib, siqaret, tum, “simkart” alırlarsa, sevdikləri komanda üçün niyə də keçməsinlər bu məbləğdən? Artıq abunə kartlarımız mövsüm başlamamış satılıb qurtarır. Hətta neçə-neçə adam qalır ki, kart çatmır. Müəyyən yaşdan aşağı və yuxarı insanların stadiona girişini pulsuz etmişik. Bütün bunlar klubun marketinq işinin nəticələridi.
Klubun prezidenti də, biz də çox gözəl bilirik ki, kimlər sosial şəbəkələrdə nə işlə məşğuldular. Onlar özlərini dəfələrlə ifşa ediliblər. Klubun, azarkeşlərin yox, öz maraqlarını düşünən, təmənna güdən adamlardılar. Çox dərinə getmək istəmirəm. Kim layiqdisə burda işləməyə, klubun rəhbəri onu seçib. Yox, kimsə özünü ağıllı bilirsə…

– Fikir vermişəm, əsas tələblərindən biri də Rednikin qaytarılmasıdı. Varmı, yaxud olubmu Mirçanı geri qaytarmaq fikriniz?
– Bizim komandada işləmiş bütün baş məşqçilərlə münasibətlərimiz bu gün də əladı. Udanda təbrik edirlər, uduzanda “keçmiş olsun” deyirlər. Bütün bunlar nəyə görədi? Azərbaycanda əksər klublar baş məşqçi ilə yollarını ayırdıqdan sonra məhkəmələrə düşürlər, böyük problemlər yaşayırlar. Bizdə belə şey olmayıb. Mirça Rednik “Xəzər Lənkəran”ın tarixində bir səhifədi. Amma indi onun öz yolu var, bizim öz yolumuz. İstisna etmirəm ki, nə vaxtsa yenidən qayıda bilər klubumuza. Bizdə olub belə şey: Ağasəlim Mircavadov, Nazim Süleymanov nümunəsi var. Ola bilər ki, 5 ildən, 10 ildən sonra Rednik yenidən qayıtsın. Buna Mais Mənsimov qərar verəcək. Bu gün onun seçimi Yunis Hüseynovdu və biz də onun arxasındayıq.

– AZAL-la oyundan sonra əcnəbi məşqçi axtarışına başlayacağınızı demişdiz. İş gedirmi bu istiqamətdə?
– Gedir. Yəqin ki, çempionatda yaranacaq 15 günlük fasilədə tamamlanacaq.

– Namizədləriniz kimlərdi?
– Hələ ki söhbətlər gedir. Son qərarı Yunis Hüseynov verəcək. Əsas odu ki, AZAL-la oyunda komanda sübut elədi ki, rəhbərlik səhv addım atmayıb.

– Yeri gəlmişkən, AZAL-la qələbəni sırf rəhbərlik səviyyəsində razılaşdırdığınızı iddia edənlər də var…
– Birincisi, dünənki oyunda AZAL da çox yaxşı oynadı, “döyüşdü”. İkincisi, yəqin, bunu deyənlər çox sövdələşmələrdə iştirak ediblər ki, bu söhbəti ortaya atırlar. Üçüncüsü, “Xəzər Lənkəran” bəlkə də Azərbaycanda yeganə klubdu ki, indiyədək heç bir sövdələşməyə getməyib. İstər “kubok sənin, çempionluq mənim” kimi məsələdə, istərsə də digər məsələlərdə. “Xəzər Lənkəran” təmiz klubdu.

– Mövsüm yenicə başlamışdı və Yunis Hüseynov mətbuat konfransında dedi ki, hələ yeni transferlərimiz 50-60 faiz hazırdılar, bizə gələnə qədər heç məşq də etməyiblər. Yəni kobud səslənsə də, “Xəzər Lənkəran” o günə qalıb ki, futbolsuz qalan oyunçu gətirir?
– Mən o məsələyə də aydınlıq gətirim. AZAL-la oyunda Vandersenin oyununu bəyəndizmi?

– Şəxsən mənə görə, yaxşı futbolçudu.
– Sizin kimi hamı razı qalıb. Bəziləri bizi transfer etməməkdə qınayır. Baxın, may ayından bəri “Xəzər Lənkəran” Skarlatakeni transfer edib. AZAL-la oyunda qollarımızı vurdu, müdafiəçi kimi də əladı. Ruslan Abışovu transfer etmişik – millinin ən yaxşılarındandı. Ağabala Ramazanovu gətirmişik – perspektivli futbolçudu. Üç nəfər öz yetirməmizi əsas komandaya cəlb etmişik – Kazım Kazımov, Kamal Abdullazadə və Orxan Sadıqlı. Dünən Orxanın “performansını” gördüz. Sonra 3 əcnəbi transfer etmişik – Beto, Sialmas, Vanderson. Elədi 9 futbolçu. Hansı klubda bütün alınan futbolçular dəqiq transfer olur? Amma Yunis müəllimin bütün transferləri tutub. Kazım Tovuzda çox yaxşı oynadı, AZAL-la oyunda Vandersen. İnşallah, növbəti oyunlarda Beto da oynayacaq. Skarlatakenin səviyyəsinə də söz ola bilməz. Bu yaxınlarda portallardan birində oxudum ki, sən demə, “Xəzər Lənkəran” heç transfer etməyibmiş bu il. Bəs bunlar hara yazılır? Obyektiv baxmaq lazımdı.

– Sadaladıqlarınızın bir qismini yay “transfer pəncərəsi”nin bağlanmasına bir neçə gün qalmış transfer etdiz. Və bunun da öz mənfi təsiri var.
– Təbii, razıyam. Və bayaq ona görə dedim ki, seleksiya işini il boyu aparan seleksiyaçı ilə işləmək istəyirik.

– Bu gün Kamran Ağayevin bağışlandığı xəbəri yayıldı. Onu bu gündən əsas komandanın oyunçusu saya bilərik?
– Kamran Ağayevlə bağlı Mübariz müəllimə
AFFA prezidenti Rövnəq Abdullayev müraciət edib. Kamran millinin qapıçısıdı və bunu nəzərə alıb onun klubumuzda əsas heyətə cəlb olunmasını xahiş edib. Mais müəllim də etiraz etməyib və müraciəti müsbət dəyərləndirib. Baş məşqçimiz də etiraz etməsə, Ağayev əsas komandaya qatılacaq. Amma onun əsas heyətdə meydana çıxıb-çıxmayacağını indidən deyə bilmərəm. Gənc qapıçımız Orxan Sadıqlı da 21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdü. Hansı qapıçını start heyətində oynadıb-oynatmayacağı qərarını Yunis müəllim verəcək.

– Sonuncu sualım mətbuatla yaşadığınız problem haqdadı. Nədi problemin kökündə duran?
– “Xəzər Lənkəran” həmişə mətbuata açıq olub. Şəxsən mənim telefonum, qapım 24 saat mətbuat nümayəndələrinin üzünə açıqdı. Heç kim deyə bilməz ki, Tuyqun Nadirov mediaya problem yaradıb. Bəzi klub rəsmiləri kimi mətbuatdan qaçan adam olmamışam və həmişə də səmimi olmuşam. Bu gün tam rahat şəkildə deyə bilərəm ki, mətbuatımızın inkişafı üçün çalışanlardan biriyəm. Vaxt var idi ki, jurnalistlər işləri üçün zəng etməyə kontur tapa bilmirdilər, kompyuter çatışmazlığı yaşayırdılar. Mən gördüm ki, “Xəzər Lənkəran” inkişaf edəcəksə, mütləq mətbuat da inkişaf etməlidi, rifahı yüksəlməlidi. Ki, həm bizim klubun, həm də bütövlükdə Azərbaycan futbolunu daha yaxşı işıqlandıra bilsin. Bu gün, maşallah, hərənizin 2-3 telefonu, noutbuku var. Bunlar məni bu işdəki pay sahibi olaraq çox sevindirir. Bunu şəraiti quranlardan biri də “Xəzər Lənkəran”dı və “Xəzər Lənkəran” bunu təmənnasız edib, deməyib ki, nəyisə yazmayın, susun və sair. O vaxt kimsə kiməsə 5 “şirvan” pul verirdi ki, filankəsdən mənfi şeylər yaz. "Xəzər Lənkəran" mətbuata dəstəyi ona görə verib ki, belə xoşagəlməz hallar olmasın. Klub rəhbərimizin mətbuatda bircə gözləntisi var: tənqid edin, amma qərəzli olmayın. Sağlam tənqid təkanverici qüvvədi. Ancaq biz partnyorluq ediriksə, dostluq ediriksə, o demək deyil ki, təhqir etməlisən, qərəzli yazmalısan və sair. Buna heç kim razı olmaz. Sən tənqid eləməlisən, ilk növbədə elə dost tənqid eləməlidi ki, dostunun işi yaxşı getsin. Ancaq sən çıxıb qəzetinin hər sayının 5-6 səhifəsini bir mövzuya həsr edirsənsə, hamısında eyni subyekti hədəf alırsansa, bu artıq qərəzdi. Durub yazırlar ki, klubda qruplaşma var. Düzgün olmayan məlumatdı axı. Və sən bunu ictimaiyyətə çatdırmaqla qərəzlilik edirsən.
Azərbaycan futbolunda tənqid olunacaq subyektlər arasında “Xəzər Lənkəran” ən sonuncu yerdədi. Tənqid olunmalı adamları qoyublar kənara, bizdən yazırlar. “Xəzər Lənkəran” həmişə mətbuata açıq olub və bu gün də açıqdı. Hə, biz futbolçulara qadağa qoymuşuq mətbutla birbaşa ünsiyyətdə olmağı. Kimsə futbolçularımızdan müsahibə almaq istəyirsə, buyursun, müraciət etsin mətbuat katibimizə və müsahibə təşkil edilsin. Bunu ona görə etdik ki, bəzi futbolçularımız komanda yoldaşları haqqında mətbuatda uyğun olmayan sözlər işlədirdilər.
Biz həmişə öz işinə məsuliyyətlə yanaşan mətbu orqanları dəyərləndiririk. Korner.az da bu sıradadı, həmişə öz yoluyla gedib. Heç kim deyə bilməz ki, bu sayt kimisə şantaj etməklə, böhtan atmaqla məşğul olub. (söhbətin bundan sonrakı hissəsində müsahibim korner.az-ın ünvanına xoş sözlər söyləməkdə davam edir, ancaq bunu dərc etməyi təvazökarlıqdan uzaq hesab edirik)

Saleh Arslan

Son yazılar

To Top