Tuxel klub rəhbərliyindən xahiş etdi: Manenin yerinə Dembeleni alın
08.05.2023 , 09:56

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel klub rəhbərliyindən “Barselona”nın hücumçusu Usman Dembeleni transfer etməyi xahiş edib.
Korner.az xəbər verir ki, Tuxel bu yay klubu tərk edəcəyi gözlənilən hücumçu Sadio Manenin yerinə Dembeleni nəzərdən keçirir.
Bundan əvvəl “Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti”yə qarşı keçirilmiş ilk oyundan (0:3) sonra komanda yoldaşı Leroy Sane ilə münaqişəyə görə Maneni 350 min avro cərimələyib.
Dembele 2017-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi bu yay başa çatır. Hücumçu bu mövsüm 30 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
